Premyer Liqanın 28-ci turu çərçivəsində “Qəbələ” doğma meydanda “Neftçi”ni qəbul edib.
Rəqib ölkənin ən yaşlı komandası və ötən mövsüm kubokun finalındakı rəqib olduğundan, yerli azarkeşlərin oyuna marağı diqqət çəkib.
“Qırmızı-qaralar” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşsa, matç iş gününə və iş saatına təsadüf etsə də, yerli camaat stadionun yolunu tutub.
Üzücü məqam qonaqlar üçün ayrılmış sektorun boş olmasıdır. “Forza Neftçi” ev və səfər oyunlarını boykot etdiyindən, “ağ-qaralar” dəstəksiz qalıb.
Tarixinə, yaşına, büdcəsinə görə Premyer Liqanın öndə gedənlərindən olan “Neftçi”nin bu cür münasibətlə üzləşməsi komanda üzvlərini, eləcə də klub rəhbərliyini dərindən düşünməyə vadar etməlidir.
HƏBİB / SPORTİNFO.AZ

