"Neftçi"nin sükanı klubun canlı əfsanəsinə tapşırılacaq?

11 Aprel 14:00 Neftçi 13 862
"Neftçi"nin sükanı klubun canlı əfsanəsinə tapşırılacaq?

Rəşad Sadıqov uzun illərdən sonra «Neftçi»yə qayıda bilər.

Redaksiyamız onunla bağlı maraqlı məlumat əldə edib.

Saytımıza daxil olan informasiyaya görə, «ağ-qaralar»ın Müşahidə Şurasının əksər üzvləri komandanın keçmiş kapitanını dönüşündə maraqlıdır.

Bu variant onlar arasında ciddi şəkildə müzakirə olunub. Şuranın adını çəkmək istəmədiyimiz 3 təmsilçisi Sadıqovun iyunda baş məşqçi postuna gətirilməsini təklif edib.

Bildiriblər ki, Miodraq Bojoviçlə əməkdaşlıq səmərəsiz görünür və o, burada qalarsa, qarşıya qoyulan hədəflərə çatmaq inandırıcı deyil.

Monteneqrolu çalışdırıcı ötən ilin dekabında (24-də) paytaxt təmsilçisində sükan arxasına keçib. 56 yaşlı balkanlı ilə 6 ay+1 illik müqavilə imzalanıb.

Bojoviç 2 tələb qarşılığında bu vəzifəyə üstlənib. Birincisi, çəmpionluq. İkincisi, ölkə kubokunun qazanılması.

O, ilk məqsəddən uzaq düşüb. «Qarabağ» Premyer Liqaının bitiminə 8 tur qalmış qızıl medalları özü üçün təmin edib.

«Neftçi» isə 44 xalla hazırda turnir cədvəlinin üçüncü pilləsindədir. «Ağ-qaralar»ın ölkə kubokunda da işi çox çətindir. Yarımfinal mərhələsinin ilk oyununda «Qarabağ»a öz meydanlarında 0:4 hesabıyla uduzublar.

«Zirə»yə gəlincə, Rəşad Sadıqovun burada vəziyyəti xcyli yaxşıdır. «Qartallar»ın başında dördüncü mövsümünü keçirən 42 yaşlı çalışdırıcı Premyer Liqada ikinci yerdə getməyin ləzzətini yaşvyır.

Qəsəbə təmsilçisi kubokun finalına da iddialıdır: yarımfinalın birinci görüşündə «Qəbələ»ni 2:1 üstələyiblər.

Sadıqov «Neftçi»nin canlı əfsanəsidir. Uzun illər ağ-qara formanı geyinib (1999-2007).

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU