COP29

“Neftçi” bu transferi bitirmək üçün məhkəmənin yekun qərarını gözləyir - FOTO

6 May 14:40 Neftçi 1 714
“Neftçi” bu transferi bitirmək üçün məhkəmənin yekun qərarını gözləyir - FOTO

“Neftçi” bir müddətdir baxışda olan Akinkunmi Amoo ilə hələ müqavilə bağlamayıb.

Və böyük ehtimalla, tərəflər arasında rəsmi anlaşma imzalanmayacaq.
Bunun da öz səbəbi var və o səbəb kifayət qədər tutarlıdır. Problem ondadır ki, 22 yaşlı nigeriyalı 2022-ci ildə Danimarkada cinsi təcavüzə görə qısamüddətli həbs həyatı yaşayıb.

Həmin vaxt “Kopenhagen“in şərəfini qoruyan gənc cinsi təcavüzdə günahlandırılıb. Bununla bağlı məhkəmə birillik həbs qərarı verib.

Lakin bir müddətdən sonra o, ölkədən deportasiyası edilib. Kiprə yollanan afrikalı “Omoniya“ ilə razılığa gəlib.

Danimarkaya girişi 6 illik qadağan edilən vinger “Neftçi”nin düşərgəsinə ötən ay təşrif buyurub. Klubun idman direktoru Yens Anderssonun vasitəçiliyi ilə.

Nigeriyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanacağı deyilir. Bunun gerçəkləşməsi üçün Akinkunmi Danimarka məhkəməsinin qərarını gözləməlidir.

Çünki cinsi təcavüz ittihamı ilə əlaqəli aparılan araşdırma günü bu gün də davam edir.

Başqa sözlə, afrikalının «ağ-qaralar»ın rəsmi üzvü olması uzaq ölkədə gelən məhkəmənin verəcəyi yekun qərardan asılıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq