Emin Mahmudovun bəxti - Azərbaycanda yalnız “Neftçi”nin formasını geyinmək

8 Aprel 14:20 Neftçi 661
Emin Mahmudovun bəxti - Azərbaycanda yalnız “Neftçi”nin formasını geyinmək

“Neftçi”nin lideri Emin Mahmudov Azərbaycan çempionatlarında yubiley qolunu vurub.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar”ın kapitanı Premyer Liqanın XXIX turunda “Sumqayıt”la görüşdə fərqlənərək, ölkə çempionatlarında ümumi qol sayını 40-a çatdırıb.

Azərbaycanda yalnız “Neftçi”nin formasını geyinən 32 yaşlı yarımmüdafiəçi bütün qollarını Bakı klubunun heyətində vurub. O, 2017/2018 mövsümündən “Neftçi”nin formasını geyinir.

Emin Mahmudov klubun tarixində Azərbaycan çempionatlarında ən azı 40 qol vuran 5-ci futbolçudur.

Digər Xəbərlər
Xəbər Lenti