Bu millilərin heç birində baş məşqçi işləmərəm, yalnız…

24 Yanvar 2020 10:10 Milli komanda 1 170
Bu millilərin heç birində baş məşqçi işləmərəm, yalnız…

Mövsümün əvvəlində "Zirə"dən qovulan Samir Abasov AFFA-nın dəvətini geri çevirib.

Sportinfo.az-ın məlumatına görə, o, aşağı yaş qrupları üzrə millilərdən birinin sükanı arxasına keçmək təklifini qəbul etməyib.

Federasiya rəhbərliyi ilə görüşən məşqçi U-20-dən aşağıdakı yığmalarda işləmək niyyətində olmadığını söyləyib. O, bunu gənclərlə çalışmağın yorucu olmasıyla əlaqələndirib. Hazırda Antalyada olan Abasov əsas millinin yeni gələcək baş məşqçisinin korpusunda yer almağı arzuladığını qurum nümayəndələrindən gizlətməyib.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?