Ronaldo, Messi, Neymar, Mbappe yox, yalnız O - SİYAHI

25 Yanvar 2020 16:24 Maraqlı 2 290
Ronaldo, Messi, Neymar, Mbappe yox, yalnız O - SİYAHI

Rusiyalı jurnalistlər dünya futbol tarixinin ən bahalı transferlərini müəyyənləşdirməyə çalışıblar. Sportinfo.az xəbər verir ki, tarix ərzində ən bahalı transfer Canluka Vialli hesab edilib.

Məsələ burasındadır ki, siyahının hazırlanmasında əvvəlki illərə nisbətən inflyasiya dərəcəsi nəzərə alanıb. Ovaxtkı qiymətlər real hesablamalar əsasında cari qiymətlərə uyğunlaşdırılıb. Məşhur itlayan Vialli məhz bunun nəticəsində tarixin ən bahalı transferi adlandırılıb.

O, 1992-ci ildə "Sampdoriya”dan "Yuventus”a indiki dövr üçün çox az, həmin dövr üçünsə fantastik məbləğə - 12,5 milyon funt-sterlinqə transfer olunub. Qiymət real dövrlə uzlaşıdırılanda rəqəm 209 milyon funt-sterlinqə bərabər olub.

1.Canluka Vialli ("Sampdoriya”dan "Yuventus”a) - 209 milyon funt-sterlinq
2.Neymar ("Barselona”dan PSJ-yə) - 202
3.Kriştiano Ronaldo ("Mançester Yunayted”dən "Real”a) - 195,1
4.Romario (PSV-dən "Barselona”ya) - 167
5.Qaret Beyl ("Tottenhem”dən "Real”a) - 166,6
6.Rio Ferdinand ("Lids”dən "Mançester Yunayted”ə) - 158,6
7.Zinəddin Zidan ("Yuventus”dan "Real”a) - 157,5
8.Ronaldo Luis Nazario ("İnter”dən "Real”a) - 155,2
9.Alen Bokşiç ("Marsel”dən "Latsio”ya) - 153,1
10-11.İqor Şalimov ("Foca”dan "İnter”ə) - 152
Jan-Pyer Papen ("Marsel”dən "Milan”a) - 152.

Digər Xəbərlər
Xəbər Lenti