Gənc məşqçimizdən sərt sözlər: "Hürənlərə fikir verib, qızıl vaxtınızı itirməyin"

27 İyun 2022 20:20 Maraqlı 897
Gənc məşqçimizdən sərt sözlər: "Hürənlərə fikir verib, qızıl vaxtınızı itirməyin"

"Cəbrayıl"ın baş məşqçisi Cavid Hüseynov UEFA Region Kubokunda çıxışlarından sonra "İnstaqram" hesabında paylaşım edib.

Sportinfo.az xəbər verir ki, adı "Şamaxı" ilə hallanan mütəxəssis komandasının turnirdə mübarizəni dayandırmasından sonra yazıb:

"Sizə bir söz deyim, bizi bizdən başqa heç kim başa düşə bilməz və başa düşməyəcək də. 20 gün ərzində yeni komanda formalaşdı və beynəlxalq oyuna çıxdıq. Nəticədən asılı olmayaraq sizinlə fəxr edirəm. Əzmkarlığınız, mübarizliyiniz göz önündəydi. "Hürənlərə fikir verib, qızıl vaxtınızı itirməyin, başınızı dik tutun və önünüzə baxın".

Qeyd edək ki, "Cəbrayıl" UEFA Region Kubokunun ilkin seçmə mərhələsində 1-ci və 2-ci turda "Kolos"a (Belarus) 1:2 və 2:6 hesabları ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti