“Sizə deyəcəklər, Rəşad hansı Rəşaddır” - MÜSAHİBƏ

18 Sentyabr 2019 13:54 Şamaxı 439
“Sizə deyəcəklər, Rəşad hansı Rəşaddır” - MÜSAHİBƏ

“Keşlə”nin yarımmüdafiəçisi Rəşad Sadiqov Sportinfo.az saytına müsahibə verib. Təcrübəli futbolçu əvvəlcə Premyer Liqanın 4-cü turunda “Səbail”ə məğlubiyyəti şərh edib.


- Ardıcıl iki qələbədən sonra yenə 3 xal qazanmaq istəyirdik, amma alınmadı. Bəlkə də çox istəkli olmağımız buna mane oldu. Oyunda az səhv edən komanda qalib gəldi. İkinci hissədə tam müdafiəyə çəkilsə də, “Səbail” bizdən daha az səhv buraxdı. Onların birinci qolu oyundan kənar vəziyyətdən vurması ilə bağlı heç nə deyə bilmərəm. Bunun üçün gərək, videotəkrara baxasan.

- Səni meydanda çox az görürük. Hələ hazır deyilsən?

- İstənilən vaxtı komandaya kömək eliyə bilərəm. Baş məşqçinin qərarı belədir. “Sabah”la oyunda meydana çıxsam da, Qəbələyə zədəli getmişdim, ağrılarım var idi. Amma indi özümü tam hazır hesab edirəm. Baş məşqçi nə vaxt istəsə, çıxıb oynayacam.

- Növbəti turda "Keşlə"dən öncə çıxış etdiyin “Neftçi”yə qarşı oynayacaqsız.

- Təbii ki, səfərdə oynayacağımızı nəzərə alsaq, çətin olacağını deyə bilərəm. Üstəlik, rəqibin yaxşı heyəti var. Ancaq buna baxmayaraq, səfərə qələbə dalınca gedəcəyik. Bunun üçün yetərli potensialımızın olduğunu düşünürəm. İlk turu çıxmaq şərtilə, hər oyunda qol vururuq. Bu komanda artıq keçən ilki “Keşlə” deyil. Komandada qələbə ruhu, inam var. “Neftçi” ilə görüşə də 3 xal üçün çıxacağıq.

- “Keşlə”də kifayət qədər yeni futbolçu var. Səncə, futbolçular komandaya tam uyğunlaşıb?

- Xətlərarası əlaqənin tam ideal vəziyyətdə olduğu yeganə komanda yalnız “Qarabağ”dır. Bir də hardasa “Neftçi”də bu, yaxşıdır. Çünki onlar yeni mövsümə artıq 6-7 oyun keçirib başladılar. Biz cəmi 4 turdur oynayırıq. Təbii ki, çatışmayan məqamlar var və oyundan-oyuna səhvlər üzərində işləyirik. Ona görə bu 2 komandadan başqa, heç kim tam ideal formada olduğunu deyə bilməz.

- Məşqçilik məsələn nə yerdədir, çalışırsan?

- Oynamaqla yanaşı oxumaq çox çətindir. Həm məşqlərdə iştirak elə, oyuna çıx, həm də məşqçi kurslarına getmək - bir az çətindir. Baş məşqçimiz komandaya var gücümlə kömək etməyimi istədi. Ona görə məşqçilik mövzusunu hələlik dayandırmışam.

- Səni son dönəmlər meydanda az-az görürük. Demək olar ki, Rəşad Sadiqovun erası başa çatıb?

- Tam bitdi deməzdim. Məşqçilərdən, komanda yoldaşlarımdan soruşsanız, sizə deyəcəklər Rəşad hansı Rəşaddır, necədir. Sadəcə, baş məşqçinin qərarı belədir. Nə zaman şans versə, çıxıb öz gücümü göstərməyə hazıram.

Elvin

Digər Xəbərlər
Xəbər Lenti