COP29

Konfrans Liqasında ilk finalçı “Fiorentina” olacaq, yoxsa “Brügge”?

8 May 18:20 Dünya futbolu 1 671
Konfrans Liqasında ilk finalçı “Fiorentina” olacaq, yoxsa “Brügge”?

Bu gün Konfrans Liqasında ilk finalçı müəyyənləşəcək.

Sportinfo.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında İtaliya "Fiorentina"sı Belçikada "Brügge"nin qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. İlk görüşdə Florensiya təmsilçisi qələbə qazanıb - 3:2.

Bu raundun digər cavab matçı mayın 9-da olacaq. "Olimpiakos" Yunanıstanda İngiltərənin "Aston Villa" komandasını qəbul edəcək. Afina klubu səfərdə rəqibinə qalib gəlib - 4:2.

Digər Xəbərlər
Xəbər Lenti