COP29

“Qəbələ” - Biri 5, o biri 7 aydan sonra

8 May 19:40 Qəbələ 571
“Qəbələ” - Biri 5, o biri 7 aydan sonra

Premyer Liqanı sonuncu pillədə başa vuracağı dəqiqləşən “Qəbələ” turun sensasiyasına imza atdı.

Uzun müddətdir çempionatda qələbə üzünə həsrət qalan bölgə təmsilçisi “Səbail”i 3:2 hesabı ilə məğlub etdi. Həm də səfər matçında.

Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektiv bu qalibiyyətlə bir çox uğursuz sindromlara son qoymuş oldu.

“Qəbələ” sonuncu dəfə qələbənin ləzzətini ötən il dadmışdı. 5 ay əvvəl, dekabrın 22-də “Sabah”la Qəbələdəki görüşdə Murad Musayevin vurduğu qol həlledici olmuşdu.

“Qəbələ” cari Premyer Liqa mövsümündə ilk və sonuncu səfər qələbəsini ötən il oktyabrın 1-də qazanmışdı.

Həmin gün səfərdə “Kəpəz”i məğlub edən “qırmızı-qaralar” son 7 ayda keçirdiyi 11 səfər görüşünün 8-də məğlub olub, 3-nü heç-heçə başa vurmuşdu.

Bu qələbədən sonra xal ehtiyatını 20-yə yüksəldən bölgə təmsilçisi ən yaxın rəqibləri “Araz-Naxçıvan”la “Kəpəz”dən 15 xal geri qalır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti