COP29

AFFA-dan "məxfi" açıqlaması: "Millinin baş məşqçi vəzifəsinə bir neçə namizəd var"

8 May 01:20 Milli komanda 847
AFFA-dan "məxfi" açıqlaması: "Millinin baş məşqçi vəzifəsinə bir neçə namizəd var"

AFFA Azərbaycan millisinin baş məşqçisi vəzifəsi üçün Türkiyə millisinin sabiq çalışdırıcısı Ştefan Kuntsla danışıqlar apardıqları barədə yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədi qol.az saytına açıqlamasında ad çəkməsə də, AFFA-nın hazırda bir neçə mütəxəssislə danışıqları davam etdirdiyini söyləyib:

"Milli komandanın baş məşqçi vəzifəsinə bir neçə namizəd var və onlarla danışıqlar davam etdirilir. S

adəcə məsələ məxfi olduğu üçün ad çəkə bilmərik. Yaxın vaxtlarda AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək və həmin toplantıda Azərbaycan milli komandasının baş məşqçi postuna təyinatla bağlı müzakirələr aparılacaq".

Qeyd edək ki, bu gün "Sky Sports" (Almaniya) AFFA-nın Ştefan Kuntsla danışıq apardığı barədə məlumat yayıb.

Bildirilib ki, almaniyalı mütəxəssis Kanada yığmasını da çalışdıra bilər. 62 yaşlı məşqçiyə hər iki ölkədən konkret təklif gəldiyi bildirilir. Onun xidmətində "Bavariya" da maraqlıdır.

Əlavə edək ki, ötən ilin sentyabrında Türkiyə millisindən istefaya göndərilən Kunts Almaniyanın U-21 və Olimpiya yığmalarını da çalışdırıb.

O, 2017-ci ildə Almaniya U-21 millisinə Avropa çempionu adını qazandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq