COP29

“Yenə də mən futbolçuyam, o isə...”

8 May 00:30 Qəbələ 352
“Yenə də mən futbolçuyam, o isə...”

“Yaxşı oyun oldu, qələbə qazandıq, bizim üçün bu, vacib idi.

Biz peşəkar futbolçuyuq. Motivasiyanın səbəbi elə budur.

Son 3 oyunda dayanmadan mübarizə aparacağıq. Əlimdən gələn hər şeyi edəcəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin legioneri Əyyub Allaş Premyer Liqanın 33-cü turunda səfərdə "Səbail"i 3:2 hesabı ilə məğlub etdikləri görüşdən sonra deyib.

Oyunda bir qol vuran Allaş bildirib ki, o, daha çoxuna qadirdir:

"Daha yaxşı oyun göstərə bilərəm. Amma əsas odur ki, biz qələbə qazandıq”.

Matçda "Qəbələ"nin qapısına 2 penalti zərbəsi təyin edilib ki, bu da qollarla nəticələnib. Belçikalı yarımmüdafiəçi hakimin bu qərarları haqda da söz açıb:

“Həmişə belə olur. Bu mövsüm ümumiyyətlə, bizim qapımıza çox penalti təyin edilib, lehimizə az.

Yenə də mən futbolçuyam, o hakimdir. Oyunu o idarə edir, mən isə oynamağa davam edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq