COP29

Çempionlar Liqasında ikinci finalçı kim olacaq? - BU GÜN

8 May 15:20 Çempionlar Liqası 243
Çempionlar Liqasında ikinci finalçı kim olacaq? - BU GÜN

Bu gün Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək.

Sportinfo.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda "Real" İspaniyada Almaniyanın "Bavariya" klubunu qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçın baş hakimi polşalı Şimon Marçinyak olacaq.

Münhendəki ilk matçda heç-heçə qeydə alınıb - 2:2. Qalib finalda Almaniyanın "Borussiya" (Dortmund) komandasına rəqib olacaq.

Çempionlar Liqasının finalı iyunun 1-də İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti