COP29

"Rəşad Sadıqova qarşı edilən haqsızlıqlar göz qabağındadır"

8 May 13:40 Premyerliqa 857
"Rəşad Sadıqova qarşı edilən haqsızlıqlar göz qabağındadır"

«Şahin Diniyev kimi Gəncədən məlum məsələlərə görə qovulmuş birisinin yenidən baş məşqçi kimi çalışması bir Somalidə, bir də Azərbaycan futbolunda mümkün idi».

Bu sözləri Sportinfo.az-a açıqlamasında menecer Erkin İbrahimov deyib.

Tanınmış seleksioner bildirib ki, «Səbail»ın başında olan Şahin Diniyevin ixtiyarında daha böyük büdcə, imkanlar var. Hazır, işlək klub,

Bakının mərkəzində baza. Ancaq nədənsə Ayxan Abbasovun üstünə düşən mətbuat nümayəndələri «Səbail»ın fiaskosunu görməməzliyə vururlar:

«Nədir nədir, üz-üzdən utanar, klubun rəhbərlərindən biri bir çoxları üçün “mənəvi ata” sayılır. «Səbail»ın büdcəsi «Turan-Tovuz»u qat-qay üstələyir.

«Qarabağ»dan daha çox mükafat ödəyirlər. Ancaq nə oyun planı var, nə də nəticə.

Hər dəfə olduğu kimi, gəldi, nağıllar danışdı, şübhəli transferlər etdirdi. O, hələ də rəhbərliyə nağıllar danışır.

Əvəzində istər məşqçi, istər insan kimi Diniyevdən qat-qat üstün olan Abbasov hədəfə gətirilir.

Eyni qüvvələr Aftandil Hacıyevin dövründə «Səbail»ı nəyi var, tənqid edirdilər. Rəşad Sadıqova qarşı edilən haqsızlıqlar göz qabağındadır.

Azər Bağırova normal işləməyə imkan vermədilər. İndi də daha bir gənc məşqçinin işi kimlərisi qane etmir.

Bunlar hamısı düşünülmüş işlərdir. Gənc, niyyəti saf olanlar yox, elə Diniyev kimilər və ya xaricilər bir çoxuna sərf edir.

Həqiqət bu qədər sadədir».

Digər Xəbərlər
Xəbər Lenti