Yeni baş məşqçi ilə anlaşmanın ŞƏRTLƏRİ və TƏFƏRRÜATI

25 Yanvar 2021 13:40 Şamaxı 893
Yeni baş məşqçi ilə anlaşmanın ŞƏRTLƏRİ və TƏFƏRRÜATI

"Keşlə" yeni baş məşqçisi Sənan Qurbanovun qarşısına konkret vəzifə qoyub.

Paytaxt təmsilçisi ilə mövsümün sonunadək müqavilə imzalayan "A" kateqoriyalı mütəxəssisdən avrokuboklara vəsiqə istənilib.

İlyarımdan artıqdır iş təklifi gözləyən çalışdırıcı bu şərti qəbul edib. Anlaşmaya görə, bu vəzifənin öhdəsindən gəlsə, cari mövsümün sonunadək imzalanan müqavilənin müddəti daha 1 il uzadılacaq.

Maraqlıdır ki, Qurbanov bu tələbin qarşılığında heç bir şərt irəli sürməyib. 41 yaşlı məşqçi Tərlan Əhmədovla Yunis Hüseynovdan qalmış köməkçilərlə işləməyə də razılaşıb.

O, mətbuata açıqlamasında komandanın yaxşı futbolçulara malik olduğunu bildirib: "Təyinat çox qısa vaxtda gerçəkləşdi. "Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundovdan təklif gəldi və sevə-sevə qəbul etdim.

"Keşlə"də işləmək mənim üçün şərəfdir. Potensiallı komandadır. İnanıram ki, məsuliyyətin altından inamla çıxacağam. Qarşıdakı oyunlar hər şeyi göstərəcək. İşimizə tam məsuliyyətlə hazırıq".

Qurbanov rəhbərliklə görüşündə qarşısına müəyyən hədəflər qoyulduğunu sözlərin əlavə edib: "Keşlə" turnir cədvəlində 7-ci sıraya layiq deyil.

Zaur Axundov hədəfləri olan insandır. Qələbəyə köklənən və klub üçün hər şeyi edən insandır. Ona nəticə lazımdır. Klub üçün əlimizdən gələni edəcəyik".

"Qəbələ" ilə 2018/2019 mövsümündə Azərbaycan Kubokunun qalibi olan baş məşqçi "Keşlə" ilə də titul qazana biləcəyinə inam ifadə edib: "Hər bir məşqçinin titul qazanması onun üçün xoş haldır.

Bunu "Qəbələ"də etdimsə, "Keşlə"də niyə etməyim? Futbolçulara və kluba inamım var. Hamımız səfərbər olub bir nöqtəyə vuraraq uğur qazana bilərik. Belə olacağı təqdirdə titul da olar".

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti