Bu müdafiəçiyə Premyer Liqadan daha bir “müştəri” çıxdı

22 May 2022 18:40 İtaliya 738
Bu müdafiəçiyə Premyer Liqadan daha bir “müştəri” çıxdı

“İnter”in müdafiəçisi Alessandro Bastoni “Tottenhem”ə keçə bilər.

Sportinfo.az xəbər verir ki, “Tottenhem”in daha əvvəl “İnter”ə rəhbərlik etmiş baş məşqçisi Antonio Konte Bastonini komandasında görmək istəyir.

Buna görə də İngiltərə təmsilçisi Milan klubuna təklif irəli sürəcək. “İnter” maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün müdafiəçini satmağı düşünür.

Daha əvvəl 23 yaşlı italiyalıya “Mançester Siti” və “Mançester Yunayted”dən maraq olduğu bildirilirdi.

Bastoni bu mövsüm “İnter”in heyətində 43 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır