“Qarabağ”ın rəqibi “Mançester Yunayted”in maraq dairəsində

1 Dekabr 2020 12:20 İspaniya 411
“Qarabağ”ın rəqibi “Mançester Yunayted”in maraq dairəsində

Avropa Liqasında Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Vilyarreal”ın futbolçusu Pau Torres klubunu dəyişməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi karyerasını İngiltərədə davam etdirə bilər.

O, “Mançester Yunayted”in maraq dairəsindədir. Amma Premyer Liqa klubu futbolçunun müqaviləsində əks olunan 60 milyon avroluq məbləği ödəmək istəmir. Bu üzdən klublar arasında tərəflər arasında danışıqlar gedir.

Mançesterlilər bu keçid üçün müdafiəçisi Erik Bayini də verməyə hazırdır. Pau cari mövsüm 11 oyunda 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti