"Qazansaq da, bəzi şeyləri düzəltməliyik" – Azərbaycana gələn italiyalı qız

25 Sentyabr 2023 08:40 Həndbol 1 114
"Qazansaq da, bəzi şeyləri düzəltməliyik" – Azərbaycana gələn italiyalı qız

"Qələbə qazansaq da, bəzi şeyləri düzəltməliyik".

Sportinfo.az xəbər verir ki, bunu İtaliyanın "Jomi Salerno" klubunun həndbolçusu Martina De Santis "Kür"ə 36:19 hesabı ilə qalib gəldikləri Avropa Kubokunun 1/32 final mərhələsinin cavab matçından sonra jurnalistlərə açıqlamasında deyib.

Oyunçu Mingəçevirə səyahətlərinin bir az uzun çəkdiyini bildirib:

"Amma bizim üçün xoşdur. Hələlik növbəti rəqibin hansı kolleltiv olduğunu bilmirik.

Amma kimliyindən asılı olmayaraq qələbə barədə düşünəcəyik və bacardığım qədər yaxşı oynamağa çalışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!