Premyer Liqanın son çempionunun 30 milyonluq təklifini rədd etdilər

21 İyul 2022 21:40 İngiltərə 574
Premyer Liqanın son çempionunun 30 milyonluq təklifini rədd etdilər

“Brayton” “Mançester Siti”nin yarımmüdafiəçi Mark Kukurella üçün təklifini rədd edib.

Sportinfo.az xəbər verir ki, “şəhərlilər” 23 yaşlı ispaniyalı üçün 30 milyon funt-sterlinq təklif ediblər.

“Brayton” bu məbləğə görə futbolçusu ilə yollarını ayırmaqdan imtina edib. “Qağayılar” futbolçu üçün 50 milyon funt sterlinq istəyir.

“Mançester Siti”nin yeni təkliflə çıxış etməyə və məbləği bir qədər artırmağa hazır olduğu bildirilir.

Kukurella “Brayton”da ötən mövsüm bütün turnirlərdə 38 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti