"Real" Azarı verməyə hazırdı - "Çelsi"nin müdafiəçisini almaq üçün

31 Dekabr 2021 01:30 İngiltərə 662
"Real" Azarı verməyə hazırdı - "Çelsi"nin müdafiəçisini almaq üçün

"Real" heyətini yeni müdafiəçi ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisini "Çelsi"nin futbolçusu Ris Ceymsi gündəminə alıb.

"Kral klubu" İngiltərə millisinin üzvü üçün Eden Azarı qarşı tərəfə verməyə və bir miqdar da pul ödəməyə hazırdı.

Ris Ceyms "Çelsi"nin yetirməsidir. 22 yaşlı sağ cinah müdafiəçisi cari mövsümdə "zadəganlar"ın heyətində meydana çıxdığı 23 oyunda 5 qol və 6 asistlə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti