"Ona heç kim maraq göstərmirsə, deməli, komandada qalacaq”

27 Dekabr 2021 22:00 İngiltərə 666
"Ona heç kim maraq göstərmirsə, deməli, komandada qalacaq”

Antoni Marsyal “Mançester Yunayted”i tərk etmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı MY-nin baş məşqçisi Ralf Ranqnik verib.

26 yaşlı fransız futbolçu Ralfla söhbətdə getmək istədiyini bildirib:

“Antoni mənə dedi ki, artıq 7 ildir “Mançester Yunayted”dədir və hiss edir ki, məkanı dəyişmək zamanıdır.

Onu başa düşürəm. Amma məndə olan məlumata görə, hələ onun üçün heç bir klubdan təklif gəlməyib.

Hələ ki, heç kim maraq göstərmirsə, deməli, komandada qalacaq”.

Marsyal “Mançester Yunayted”ə 2015-ci ildə “Monako”dan keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti