"Xeyli xəstə futbolçum olsa da, bizi oynamağa məcbur edirlər"

27 Dekabr 2021 21:40 İngiltərə 929
"Xeyli xəstə futbolçum olsa da, bizi oynamağa məcbur edirlər"

“Çelsi” Premyer Liqanın 19-cu turunda səfərdə “Aston Villa”nı məğlub edib – 3:1.

Sportinfo.az xəbər verir ki, “Çelsi”nin baş məşqçisi Tomas Tuxel qarşılaşmadan sonra fikirlərini bildirib.

O, təqvimdən narazılıq edib: “Bu, ədalətli deyil. Biz 10 gün koronovirusdan müalicə alırıq. Sonra isə təxirəsalmalara görə bir həftə istirahət etmiş komandalara qarşı oynayırıq.

Xeyli xəstə futbolçum olsa da, bizi oynamağa məcbur edirlər. Ona görə də futbolçularımız tez-tez zədələnirlər. Zədələr yenə də olacaq.

Biz mübarizə aparırıq. Futbolçularıma minnətdaram. İndi biz əvəzetmələri taktiki plana görə yox, zədələrə görə edirik. Belə situasiya məni narahat edir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti