Premyer Liqada illik ən çox maaş alan futbolçu alacaq - RAZILAŞSA

25 Dekabr 2021 15:40 İngiltərə 825
Premyer Liqada illik ən çox maaş alan futbolçu alacaq - RAZILAŞSA

"Liverpul” Məhəmməd Salahla yeni müqavilə imzalamaq istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.

Xəbərdə Mersisayd təmsilçisinin misirli hücumçuya illik 29 milyon avro qazanacağı müqavilə təklif edəcəyi bildirilib.

“Liverpul” bu şərtlərlə Salahla yeni sözləşmə imzalasa, 29 yaşlı hücumçu Premyer Liqada illik ən çox maaş alan futbolçu alacaq.

Salahın “Liverpul”la müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti