İtaliyalı mütəxəssis Ronaldonun komandasına "yox" dedi

24 Noyabr 2021 15:40 İngiltərə 604
İtaliyalı mütəxəssis Ronaldonun komandasına "yox" dedi

"Mançester Yunayted" Ole Qunnar Sulşeri istefaya göndərdikdən sonra baş məşqçi axtarışlarını davam etdirir.

Sportinfo.az Bild-ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" İtaliya millisinin çalışdırıcısı Roberto Mançini ilə danışıqlar aparıb. Lakin 56 yaşlı mütəxəssis bu təklifi qəbul etməyib. Mançini Premyer Liqa klubunu rədd etməsinə səbəb kimi yığma komanda ilə birlikdə DÇ-2022-yə hazırlaşmasını göstərib.

Qeyd edək ki, "Mançester Yunayted" Sulşerlə 3 gün əvvəl yollarını ayırıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Noyabr 18:10 Çək və bizə göndər!