AFFA ilə birgə bu işi görməyə başladılar - VİDEO

6 Aprel 2025 08:50 Hadisə 1 489
AFFA ilə birgə bu işi görməyə başladılar - VİDEO

Azərbaycan İdman Akademiyası (ASA) ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) birgə əməkdaşlığı çərçivəsində UEFA-nın “C” kateqoriyalı məşqçi kursu keçiriləcək.

Sportinfo.az xəbər verir ki, məşğələ 7 aprel - 30 iyun tarixləri arasında təşkil ediləcək.

Kurs akademiyanın “Məşqçilik” (futbol) ixtisası üzrə bakalavriat səviyyəsinin IV kurs tələbə və məzunlarını əhatə edəcək.

Bununla əlaqədar ASA-nın Keyfiyyət təminatı və ömürboyu təhsil üzrə prorektoru Rafail Novruzov və “Məşqçilik” tədris proqramının rəhbəri İlqar Əliyev kursun başlaması ilə bağlı çıxış ediblər.

Daha sonra AFFA-nın təlimçiləri Cahangir Həsənzadə, Aslan Kərimov və Osman Rəhimovun ASA-nın professor-müəllim heyətindən seçilən kursun təcrübi hissəsində iştirakçılarla işləyəcək metodist-təlimatçılarla görüşü olub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi