“Bunu kim yazıbsa...” - "Neftçi"nin sabiq oyunçusu rəhbərin oğlu ilə dalaşıb?

1 Aprel 2025 00:40 Hadisə 1 156
“Bunu kim yazıbsa...” - "Neftçi"nin sabiq oyunçusu rəhbərin oğlu ilə dalaşıb?

"Neftçi"nin sabiq legioenri Reziuan Mirzov hazırda formasını geyindiyi "Ximki"də dava etməsi ilə gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi paltardəyişmə otağında komanda yoldaşları arasında münaqişə olması ilə bağlı çıxan xəbəri təkzib edib.

"Sport-Ekspress" nəşri Reziuanla İlya Sadıqov arasında klubda maaşların gecikməsi ilə bağlı emosional söhbət zamanı davanın düşdüyünü iddia etmişdi.

Belə ki, İlya atası, "Ximki"nin investoru Tufan Sadıqovdan narazılığın olduğunu görərək onun müdafiəsinə qalxıb və belədə, mübahisə yaşanıb. Mirzov isə olay haqda bu cür danışıb:

"Bu xəbəri görəndə çox təəccübləndim. Bu cür hadisə baş verməyibsə, yazılanlara necə təəccüblənməyəsən?

Cəfəngiyat yazıblar. Bu, heç də doğru deyil. Bunu kim yazıbsa, nəyə görə uydurduğunu da izah etməlidir".

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı