Qadınlardan ibarət "DH Volley" komandası Yüksək Liqada növbəti qələbəsini qazanıb.
Sportinfo.az xəbər verir ki, kollektiv bu dəfə XI turda "Azerrail" ilə üz-üzə gəlib.
AVF-nin idman zalında baş tutan qarşılaşma "DH Volley"in 3:0 (25:13, 27:25, 25:15) hesablı qalibiyyəti ilə başa çatıb.
"DH Volley" əvvəlki turda "Abşeron"u məğlubiyyətə uğratmışdı.

