"Bakı"da forma geyinmiş ispan Hindistana getdi

30 Yanvar 02:40 Hadisə 756
"Bakı"da forma geyinmiş ispan Hindistana getdi

“Bakı”nın sabiq legioneri Alberto Noquera komandasını dəyişib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi yenidən Hindistanda çıxış edəcək.

36 yaşlı futbolçu Hindistan Superliqasında çıxış edən “Çennayin”ə keçib.

Klub onun transferini rəsmən açıqlayıb. İspaniyanın “Rayo Maxadaonda” klubundan alınan futbolçu ilə mayın 31-nə qədər müqavilə bağlanıb.

Alberto Noquera "Bakı"da 2013-2014 mövsümündə çıxış edib. O, 2009-2012-ci illərdə "Atletiko"da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM