Xalq artisti Emin Ağalarov İngiltərəyə yollanıb.
Sportinfo.az xəbər verir ki, müğənni "Liverpul" - "Qarabağ" matçını izləmək üçün Liverpula getdiyini bildirib.
"Qarabağ"a tam dəstək. "Qarabağ"ın uğuru ilə fəxr edirəm, onlar möhtəşəm komandadır.
Liverpuldakı məğlubiyyətə baxmayaraq, düşünürəm ki, onlar çox yaxşı oynadılar. Azərbaycan komandası Çempionlar Liqasının "play-off" mərhələsinə yüksəlib və orada ya PSJ, ya da "Nyukasl" ilə oynayacaq.
Bütün oyunçuları, məşqçi Qurban Qurbanovu və prezident Tahir Gözəli təbrik edirəm. Əla iş, uşaqlar, biz sizi bundan sonra da dəstəkləyirik" deyə, Emin yayımladığı videoda deyib.

