Fransaya yollanarkən faciəvi şəkildə öldülər - VİDEO

29 Yanvar 10:00 Hadisə 859
Fransaya yollanarkən faciəvi şəkildə öldülər - VİDEO

Rumıniyanın Timişoara şəhəri yaxınlığında baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ən azı yeddi PAOK azarkeşi həyatını itirib.

Sportinfo.az xəbər verir ki, faciə Serbiya sərhədindən təxminən 60 kilometr məsafədə qeydə alınıb.

Məlumata əsasən, Saloniki təmsilçisinin azarkeşləri cümə axşamı günü Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində “Olimpik Lion”la keçiriləcək oyun üçün Fransaya yola düşüblər.

Lakin səfər faciə ilə nəticələnib.

İlkin məlumata görə, azarkeşləri daşıyan nəqliyyat vasitəsi hərəkət zamanı əks zolağa çıxaraq yük maşını ilə toqquşub.

Qəzanın dəqiq səbəbləri hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM