Ermənistan ilə Azərbaycan arasında bu razılıq əldə olundu

07:40 Hadisə 72
Ermənistan ilə Azərbaycan arasında bu razılıq əldə olundu

“Ermənistan ilə Azərbaycan arasında Azərbaycan ərazisi vasitəsilə maye qaz və bitumun dəmiryolu ilə daşınmasına dair razılıq əldə olunub”.

Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan sosial şəbəkə hesabında məlumat yayıb.

Nazir bildirib ki, erməni iş adamları artıq bu imkandan yararlana bilərlər.

Xatırladaq ki, son günlər Azərbaycandan Ermənistana göndərilən maye yanacaqlar bu ölkənin daxili bazarında öz təsirini göstərməyə başlayıb. Belə ki, ixrac olunan yanacaq məhsulları Ermənistanda benzin və dizelin qiymətinin nəzərəçarpacaq dərəcədə ucuzlaşmasına səbəb olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 Yanvar 18:10 Çək və bizə göndər!