Bu balaca aeroportda Elvin Cəfərquliyevlə elə zarafat etdi ki... VİDEO

03:30 Hadisə 61
Bu balaca aeroportda Elvin Cəfərquliyevlə elə zarafat etdi ki... VİDEO

İngiltərədə aeroportda “Qarabağ”ı qarşılamağa gələn balaca azarkeş Ağdam təmsilçisinin futbolçusu Elvin Cəfərquliyevlə zarafat edib.

Sportinfo.az xəbər verir ki, komandanı hava limanında qarşılayan azyaşlı azarkeşlərdən biri Elvin Cəfərquliyevin yanına gələrək son vaxtlar gündəmdə olan “Başuva” ifadəsini səsləndirib.

Məlumat üçün bildirək ki, Şirvan şəhərində dönər satan kişi bu ifadə ilə trend olub. Kişinin “Başına dönərəm” deyərək videolar paylaşması onu sosial şəbəkələrdə məşhur edib.

Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda “Ayntraxt”la oyundan (3:2) sonra Elvin Cəfərquliyev aparıcının əlindən mikrofonu alaraq “Başuva” deyib və bu hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Çempionlar Liqasının əsas mərhələsinin səkkizinci turu çərçivəsində “Liverpul” və “Qarabağ” komandaları üz-üzə gələcək.

Matç Bakı vaxtı ilə saat 23:59-da başlayacaq. “Qarabağ” 7 oyundan sonra 10 xalla 18-ci, “Liverpul” isə 15 xalla dördüncü pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 Yanvar 18:10 Çək və bizə göndər!