Xankəndinin mərkəzində etdiyi hərəkətlərə görə həbs olundu - VİDEO

07:30 Hadisə 115
Xankəndinin mərkəzində etdiyi hərəkətlərə görə həbs olundu - VİDEO

Xankəndidə ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Xankəndidə fərdi əməklə məşğul olan 40 yaşlı Elnur Süleymanov şəhər ərazisində idarə etdiyi “Chevrolet Camaro” markalı avtomobillə qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla təhlükəli manevrlər edərək avtoxuliqanlıq edib.

E.Süleymanov barəsində polis əməkdaşları tərəfindən protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə həmin şəxs sürücülük hüququndan 1 il müddətinə məhrum olmaqla, 15 sutka həbs edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Yanvar 18:10 Çək və bizə göndər!