“Neftçi” gürcü vingerlə 1 illik müqavilə imzaladı - FOTO

23 Yanvar 02:10 Hadisə 1 992
“Neftçi”  gürcü vingerlə 1 illik müqavilə imzaladı - FOTO

Azərbaycanda "Sabah" və "Kəpəz"də oynamış Mixeil Erqemlidzenin yeni klubu bəlli olub.

Sportinfo.az xəbər verir ki, gürcüstanlı vinger karyerasını Qırğızıstanda davam etdirəcək.

26 yaşlı futbolçu bu ölkədə “Neftçi”yə keçib. Onunla bir illik müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Erqemlidze 2021-2022 mövsümündə “Sabah”a çıxış edib.

“Kəpəz”də də icarə əsasında oynamış gürcüstanlı futbolçu Azərbaycanı tərk etdikdən sonra “Brera”(Şimali Makedoniya”), “Betlemi” (Gürcüstan), “Kirivonq”(Kamboca), “Tauras”(Litva) və “Varnsdorf”(Çexiya) klublarında oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti