AFFA prezidenti Ağdam klubuna təbrik mesajı göndərdi

22 Yanvar 01:20 Hadisə 591
AFFA prezidenti Ağdam klubuna təbrik mesajı göndərdi

AFFA prezidenti Rövşən Nəcəf “Qarabağ”ı Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda Almaniyanın “Ayntraxt” klubu üzərində 3:2 hesablı qələbə qazanması münasibətilə təbrik edib.

Sportinfo.az xəbər verir ki, Rövşən Nəcəf bu uğurla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

“UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda “Qarabağ” Futbol Klubu böyük əzmkarlıq nümayiş etdirərək Almaniyanın güclü təmsilçisi “Ayntraxt” üzərində inamlı qələbə qazandı.

Bu uğurlu nəticə münasibətilə komandamızı və bütün azarkeşlərimizi ürəkdən təbrik edir, növbəti oyunlarda yeni qələbələr arzulayırıq”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM