“Qarabağ”ın sabiq qolçusu Juninyo Olavio “Flamenqo”nun transfer siyasətinə təsir edib.
Sportinfo.az Braziliya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı hücumçunun uğursuz çıxışı klub rəhbərliyinin tanınmamış oyunçulara maraq göstərməsinin qarşısını alıb.
“Flamenqo” rəsmiləri 2025-ci ilin əvvəlində “Qarabağ”dan 5 milyon avroya Juninyonu transfer edərək, riskə getdiklərini etiraf ediblər.
Lakin forvard özünü doğrultmadığından, bir il sonra eyni məbləğə Meksika klubu “Pumas”a satılıb.
“Flamenqo” rəhbərliyi Juninyodan sonra tanınmamış oyunçu almamaq qərarına gəlib. Bu üzdən rəhbərliyin sonrakı keçidləri əsasən Avropanın adlı-sanlı klublarında çıxış edən oyunçular olub.
Onlar arasında Danilo, Jorjinyo, Saul, Emerson Royal və Samuel Linonu vurğulamaq olar. “Flamenqo” Juninyodan sonrakı transferlərə ümumilikdə 63 milyon avro xərc çəkib.
Juninyo 2023-2025-ci illərdə “Qarabağ”ın formasını geyinib.


