Fransanın məşhur klubunun oyununda 4 azərbaycanlı - FOTO

12:40 Hadisə 288
Fransanın məşhur klubunun oyununda 4 azərbaycanlı - FOTO

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti beynəlxalq təyinat alıb.

Sportinfo.az xəbər verir ki, Ağayev futbol üzrə Avropa Liqasının əsas mərhələsinin 7-ci turunda İsveçrənin "Yanq Boyz"u ilə Fransanın "Lion"u arasında keçiriləcək oyunun baş hakimi təyin olunub.

Bu görüşdə ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmiralı, həmçinin dördüncü hakim Tural Qurbanov kömək edəcək.

"Yanq Boyz" – "Lion" matçı yanvarın 22-də Bern şəhərindəki "Vankdorf" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Yanvar 21:40 “Bu, hörmətsizlikdir”
20 Yanvar 18:10 Çək və bizə göndər!
20 Yanvar 15:40 Atasının balası - VİDEO