Belarus millisinin qapıçısı Azərbaycana gəlmədi, 1 illik kontrakta imza atdı

20 Yanvar 13:40 Hadisə 1 155
Belarus millisinin qapıçısı Azərbaycana gəlmədi, 1 illik kontrakta imza atdı

Belarus millisinin qapıçısı Maksim Plotnikovun karyerasını Azərbaycanda davam etdirmək variantı alınmayıb.

Sportinfo.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı qolkiper bu ölkədə çıxış edəcək.

Ölkəsində “Slaviya”dan ayrılan Plotnikov Azərbaycan da daxil olmaqla bir neçə ölkədən təklif almasına baxmayaraq, Qazaxıstanın yüksək liqa təmsilçisi “Jenis”lə anlaşıb.

O, yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

Maksim Plotnikov daha əvvəl – 2023-2024-cü illərdə Qazaxıstanda “Kaspi” klubunun formasını geyinib. Onun “Qəbələ”yə gəlmək ehtimalı var idi.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM