Rəqib qapıçının dəsmalını oğurladılar - Qalmaqallı anın VİDEOsu

20 Yanvar 12:00 Hadisə 608
Rəqib qapıçının dəsmalını oğurladılar - Qalmaqallı anın VİDEOsu

Seneqal və Mərakeş arasında keçirilən Afrika Millətlər Kubokunun finalında daha bir qalmaqallı an yaşanıb.

Sportinfo.az xəbər verir ki, matçın gedişində mərakeşli futbolçular və topdaşıyan uşaqlar seneqallı qapıçı Eduard Mendinin dəsmalını oğurlamağa çalışıb.

Daha sonra isə Mendinin komanda yoldaşları onun dəsmalını götürərək futbolçuya gətirib. Lakin mərakeşlilər buna da mane olmaq istəyiblər. Nəticədə tərəflər arasında gərginlik yaşanıb.

Seneqal – Mərakeş oyununun 90+8-ci dəqiqəsində hakim birincilərin qapısına penalti təyin etdiyi üçün futbolçular meydandan çıxıb.

Daha sonra Sadio Mane komanda yoldaşlarını geri qaytarıb. Matç Seneqalın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM