Dava-dalaşı kim salıb?

19 Yanvar 23:20 Hadisə 185
Dava-dalaşı kim salıb?

"İmişli" ilə "Şəfa" arasında Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən qarşılaşmanın yarımçıq dayandırılmasının təfərrüatları bilinib.

Sportinfo.az prosport.az saytına istinadla xəbər verir ki, baş məşqçi Jorj Kaşkilya ilə münasibətləri pozulduğu üçün "İmişli"dən "Şəfa"ya keçən, Premyer Liqanın dördüncü turunda "Sumqayıt"la matçda meydana çıxdığı üçün texniki məğlubiyyətin alınmasına səbəb olan (klub buna görə CAS-a müraciət edib) İbrahim Əliyev sabiq komandasına debüt matçında qol vurub.

Daha sonra futbolçular arasında gərgin anlar yaşanıb və kobud oyun qeydə alınıb. Kobud oyunda aktiv iştirakçılardan biri ötən mövsüm "Şamaxı"da oynamış "Şəfa"nın dayaq yarımmüdafiəçisi Emin Zamanov olub. Hadisələr tərəflər arasında gərginliyi pik həddinə çatıb və adi yoxlama oyunu statusundan çıxıb.

Nəticədə "İmişli"nin portuqaliyalı baş məşqçisi təxminən 70-ci dəqiqədə komandanı stadiondan çıxarıb.

Bununla belə, Birinci Liqanın lideri "Şəfa" Premyer Liqa təmsilçisi "İmişli" ilə yarımçıq başa çatmış matçın nəticəsini öz səhifəsində qalib gəlmiş kimi təqdim edib (həmçinin, paylaşım zamanı "İmişli"nin səhv rəngdə olan loqosundan istifadə olunub).

"İmişli" bundan öncə Birinci Liqanın autsayderi "Şimal"ı darmadağın etmişdi - 5:0.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?
19 Yanvar 18:10 Çək və bizə göndər!
19 Yanvar 08:20 "Çox pis vəziyyətdəyik"
19 Yanvar 03:10 Sonda "Abşeron” da uddu
19 Yanvar 03:00 Evlənirlər - FOTOLAR