Metroda böyük ölçülü yükə görə əlavə ödəniş alınır - RƏSMİ

07:10 Hadisə 80
Metroda böyük ölçülü yükə görə əlavə ödəniş alınır - RƏSMİ

Bakı Metropolitenində müəyyən ölçüdə böyük əl yükləri ilə səyahət edən sərnişinlər üçün əlavə ödənişin nəzərdə tutulması barədə qərar yeni deyil.

Bunu axar.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

“Bu qayda Nazirlər Kabinetinin 2010-cu ildə təsdiq etdiyi “Bakı Metropolitenindən istifadə qaydaları” haqda qanunun maddələrindən biridir.

Həmin maddə belədir:

“Sərnişinlər uzunluq, en və hündürlük, ölçülərinin cəmi 121 sm-dən 200 sm-ə qədər olan hər bir əl yükü üçün, eləcə də uzunluğu 151 sm-dən 220 sm-ə qədər olan uzun ölçülü hər bir əl yükü üçün gediş haqqı ödəməlidirlər”, - Məmmədov bildirib.

Bəzi saytlar Bakı Metropolitenində müəyyən ölçüdən böyük əl yükləri ilə səyahət edən sərnişinlər üçün əlavə ödənişin nəzərdə tutulması ilə bağlı məlumatı yeni qərar kimi təqdim edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Yanvar 20:00 Çək və bizə göndər!
18 Yanvar 08:20 "Neftçi"nin kefi kökəldi