Azərbaycanda iki komandanın oyunu davaya görə yarımçıq qaldı

02:10 Hadisə 132
Azərbaycanda iki komandanın oyunu davaya görə yarımçıq qaldı

“İmişli”nin hazırlıq məqsədilə keçirdiyi yoxlama oyunu kütləvi dava və qalmaqalla yekunlaşıb.

Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisinin Bakı Olimpiya Stadionunun yardımçı meydançasında I Liqa klubu “Şəfa” ilə keçirdiyi görüş sona qədər tamamlanmayıb.

Məlumata görə, matçın 75-ci dəqiqəsində “İmişli” 0:1 hesabı ilə geridə olarkən futbolçular arasında yaranan gərginlik kütləvi qarşıdurmaya çevrilib.

Meydanda tərəflər arasında yaranan mübahisənin böyüməsi səbəbindən hər iki komanda meydanı tərk etmək məcburiyyətində qalıb.

Elgiz Kərəmlinin rəhbərlik etdiyi “Şəfa” I Liqada məğlubiyyətsiz irəliləyərək, qış fasiləsinə 30 xalla lider kimi yollanıb. “Pələnglər” isə Premyer Liqanın turnir cədvəlində 17 xalla 9-cu sırada qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Yanvar 20:00 Çək və bizə göndər!
18 Yanvar 08:20 "Neftçi"nin kefi kökəldi