Üç idman adamı etiraz aksiyalarında öldürülüb - İranda

18 Yanvar 08:50 Hadisə 797
Üç idman adamı etiraz aksiyalarında öldürülüb - İranda

İranda idman ictimaiyyətinin üç üzvü Tehranda baş verən etiraz aksiyaları zamanı güllə yarası alaraq həyatını itirib.

Sportinfo.az xəbər verir ki, “Hengaw” nəşrinin məlumatına görə, faciə 8 yanvar 2026-cı il axşam saatlarında baş verib.

Hadisə nəticəsində sabiq futbolçu Müctəba Torşiz, gənc basketbolçu Əhməd Xosrəvani və futbol məşqçisi Mehdi Ləvasani dünyasını dəyişib.

Məlumata əsasən, iki yaşlı uşağın atası olan Mehdi Ləvasani kürəyindən vurulub və hadisə yerində ölüb.

Əhməd Xosrəvaninin 21 yaşı olub, o, Şərif Texnologiya Universitetində təhsil alıb və “Farzan Şemiran” klubunun 3x3 basketbol komandasında çıxış edib.

Müctəba Torşiz isə karyerası ərzində “Nassaji Mazandaran”, “Traktor”, “Fəcr Sepasi” və “Mes Kerman” da daxil olmaqla bir sıra İran futbol klublarında forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM