UEFA Hakimlər Komitəsinin üzvü bizimkilərə seminar keçdi

08:30 Hadisə 123
UEFA Hakimlər Komitəsinin üzvü bizimkilərə seminar keçdi

Elit kateqoriyalı hakimlərin Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı davam edir.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, hakimlər Departamentinin fitnes bölməsinin rəhbəri, əməkdar məşqçi Namiq Quliyevin rəhbərliyi ilə ümumi fiziki hazırlıq üzrə məşqlər olub, hakimlərin çəki indeksi yoxlanılıb.

AFFA-nın dəvəti ilə UEFA Hakimlər Komitəsinin üzvü tərəfindən hakimlər üçün nəzəri və praktiki seminarlar təşkil olunub. Karlos Velasko “Meydanda mövqe seçimi” və “Oyunun idarəolunması” mövzusunda praktiki seminarlar keçib.

UEFA-nın fiziki hazırlıq üzrə məsul şəxsi Verner Helsen isə fiziki hazırlıq, praktiki hərəkətlər və qərarvermə mövzularını əhatə edən seminarda çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 16:10 Çək və bizə göndər!
17 Yanvar 08:50 "Qarabağ"ın 3:1 FOTOLARı