“Bu oyunçular “Qarabağ”ın Avropadakı uğurlu çıxışına görə Avropaya getmək istəmirlər”

17 Yanvar 23:40 Hadisə 184
“Bu oyunçular “Qarabağ”ın Avropadakı uğurlu çıxışına görə Avropaya getmək istəmirlər”

İranla Azərbaycan qonşu dövlətlərdir, çox şey oxşardır.

Ancaq bu ölkədən olan futbolçular Polşa, Yunanıstan, Belçika, Rusiya kimi ölkələrdə legioner həyatı yaşadığı halda, bizimkilər vətəndə qalmağı üstün tutur.

İran millisi dünya çempionatına vəsiqə qazanır, Azərbaycan yığma isə illərdir qrup sonunculuğundan qurtulmağa çalışır.

Arada niyə bu qədər fərq var?

Cari mövsümün ilk yarısını “Karvan” formasıyla Premyer Liqamızda keçirmiş iranlı müdafiəçi Səid İmanxan bu haqda Sportinfo.az-a açıqlama verib:

“Azərbaycanda səviyyəli yerli futbolçular var. Məsələn, “Qarabağ”dakı Elvin Cəfərquliyev, Toral Bayramov, Bəhlul Mustafazadə, Nəriman Axundzadə kimi oyunçular rahatlıqla Avropada oynaya bilər.

Bunu onların avrokuboklardakı performansı da göstərir. Yəqin ki, “Qarabağ”ın Avropadakı uğurlu çıxışına görə getmək istəmirlər.

“Neftçi”nin kapitanı da əla oyunçudur (Emin Mahmudovu nəzərdə tutur). Düzdür, bir az yaşlanıb, ancaq buna rəğmən, səviyyəsi hiss olunur.

Özümə də maraqlıdır ki, Azərbaycan millisi niyə uğur qazana bilmir? Bəlkə də 1-2 il orada yaşasaydım, səbəbini bilərdim.

Lakin indiki məqamda suala dəqiq cavab vermıək mənim üçün çətindir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 16:10 Çək və bizə göndər!
17 Yanvar 08:50 "Qarabağ"ın 3:1 FOTOLARı
17 Yanvar 02:30 Yoxladılar - 1:0