Daha bir azərbaycanlı futbolçunun legioner həyatı başa çatdı.
Ötən ilin yayında Kosovo təmsilçisi “Drenitsa” ilə 1 illik müqavilə bağlayan Emir Tağıyev buradan ayrılıb.
Üzləşdiyi çətinliklər səbəbindən Kosovoda qalmağı məqsədəuyğun saymayan 25 yaşlı yarımmüdafiəçi karyerasını vətəndə davam etdirəcək.
Tağıyevin yeni iş yeri də məlumdur.
I Liqa təmsilçisi “Şəfa” ilə aparılan danışıqlar müsbət nəticə verib.
Elmir Premyer Liqaya yüksəlməyi hədəf seçən paytaxt təmsilçisi ilə mövsümün sonuna qədər anlaşıb. Tərəflərin şərtləri bir-birini razı salsa, müqavilənin müddəti daha 1 il müddətinə uzadıla bilər.
Dayaq yarımmüdafiəçi “Şəfa”da aylııq 3 min manat maaşa qol çəkib.
Komanda çıxışını Premyer Liqada davam etdirsə, məbləğ təbii ki, artırılacaq.
HƏBİB / SPORTİNFO.AZ

