Tanınmış idmançı da Kadırovun oğlu ilə birgə qəzaya düşüb?

17 Yanvar 01:40 Hadisə 917
Tanınmış idmançı da Kadırovun oğlu ilə birgə qəzaya düşüb?

UFC ulduzu Həmzət Çimayevin yol qəzasında həlak olması barədə yayılan məlumatlar təkzib edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

İdmançının vəziyyəti ilə yaxından tanış olan mənbələrin məlumatına görə, Çimayev hazırda Dubaydadır və səhhəti tam qaydasındadır.

Çeçenistanın “Çeçenistan Seqodnya” dövlət agentliyi də döyüşçünün ölümü ilə bağlı iddiaların əsassız olduğunu təsdiqləyib.

Sözügedən şayiələr Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adəm Kadırovun iştirakı ilə baş vermiş yol qəzasından sonra yaranıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM