Nazir IV Avropa Oyunları Koordinasiya Komissiyasının iclasında

16 Yanvar 04:00 Hadisə 712
Nazir IV Avropa Oyunları Koordinasiya Komissiyasının iclasında

Gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov 2027-ci ildə İstanbulda keçiriləcək IV Avropa Oyunları Koordinasiya Komissiyasının iclasına qatılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Tədbirdə Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak, Avropa Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos və digər rəsmi şəxslər iştirak ediblər.

Görüşdə müxtəlif ölkələrin milli olimpiya komitələrinin rəhbərləri ilə birgə oyunlara hazırlıq məsələləri müzakirə olunub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM