Ölkənin titullu futbolçularından olan Elvin Yunsuzadə ailə həyatı qurub.
“Qarabağ”, “Neftçi” kimi komandaların şərəfini qorumuş, Azərbaycan millisinin formasını geyinmiş mərkəz müdafiəçisi 33 yaşında “subaylığın daşını atıb”.
Paytaxtdakı restoranların birində gerçəkləşən toy məclisində Elvinin yaxınları iştirak edib.
Futbol dünyasında hər salam verdiyini ora çağırmayıb. Toyunda say-seçmələrə yer verib.
Yunuszadənin dayısı güləş millimizin keçmiş məşqçisi, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının 1-ci vitse-prezidenti, Dövlət Sərhəd Xidmətinin polkovniki, 44 günlük Vətən müharibəsinin iştirakçısı, “Şöhrət” ordeninə sahib Firdovsi Umudov da iştirak edib.
Elvin sosial şəbəkə hesabında atası, dayısı və yaxın dostları ilə görüntülərini paylaşıb.
Hazırda “Karvan-Yevlax”ın şərəfini qoruyan futbolçu karyerası ərzində “Neftçi”, “Simurq”, “Qarabağ”, “Sabah”, “Səbail”, “Kəpəz”, “Qəbələ”, “Şkupi” (Şimali Makedoniya) kimi komandaların şərəfini qorumaqla 5 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi adını qazanıb.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

