Güllə yarası alan daha bir oyunçu öldürüldü - FOTOLAR

17:20 Hadisə 148
Güllə yarası alan daha bir oyunçu öldürüldü - FOTOLAR

İranda ölkə miqyaslı etirazlar zamanı 21 yaşlı basketbolçu və Şərif Texnologiya Universitetinin tələbəsi Əhməd Xosrovani həlak olub.

Sportinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Məlumatlara görə, Xosrovani yanvarın 8-də etirazlar zamanı İranın təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində güllə yarası alaraq həyatını itirib. Hadisə zamanı onun küçədə olduğu bildirilir.

Əhməd Xosrovani Tehranın 3x3 basketbol üzrə tanınmış oyunçularından biri idi.

O, bu ilin əvvəlində Tehran çempionluğunu qazanan “Fərzan Şəmiran” 3x3 basketbol komandasının üzvü idi. Xosrovani Tehran Böyüklər Liqasında “Ən yaxşı oyunçu” seçilmişdi.

Etirazlar zamanı Təbrizin “Traktor” klubunun keçmiş futbolçusu Mojtaba Torşiz İranda davam edən etirazlar zamanı həyat yoldaşı ilə birlikdə öldürülüb.


Digər Xəbərlər
Xəbər Lenti